BANK

Dövlət qurumları məhkəməyə verildikləri barədə xəbərsizdilər
29 MART
516

Dövlət qurumları məhkəməyə verildikləri barədə xəbərsizdilər

2018-03-29 14:04:00

Azərbaycan Mərkəzi Bankı (AMB) və Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ləğv prosesində olan “Bank Standart” QSC-nin əmanətçilərinin onları məhkəməyə verməsi barədə məlumatlı deyil. Fins.az Report-a istinadən xəbər verir ki, hər iki qurumdan onlara məhkəmədən hər hansı bildiriş daxil olmayıb.

Xatırladaq ki, Bankın Kreditorlar Komitəsinin sədri, hüquqşünas Əkrəm Həsənov 82 əmanətçinin AMB-ni, onun sədri Elman Rüstəmovu, MBNP-ni, onun Direktorlar Şurasının sədri Rüfət Aslanlını, eləcə də bankın auditini həyata keçirmiş “KPMG” audit şirkətini məhkəməyə verdiyini açıqlayıb. Əmanətçilər "Bank Standard”ın müflisləşməsində təqsirli hesab etdiyi dövlət qurumlarına və şəxslərə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində və Nəsimi rayon məhkəməsində 6 kollektiv iddia irəli sürüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256