BANK

Ruhani: "İran və Azərbaycan bankları arasında əməkdaşlıq qarşımızda duran əsas məsələlərdən biridir"
29 MART
287

Ruhani: "İran və Azərbaycan bankları arasında əməkdaşlıq qarşımızda duran əsas məsələlərdən biridir"

2018-03-29 10:03:00

İran və Azərbaycan bankları arasında əməkdaşlıq qarşıda duran əsas məsələlərdən biridir. Fins.az “Report”-a istinadən xəbər verir ki, bunu martın 28-də sənədlərin imzalanması mərasimindən sonra İran prezidenti Həsən Ruhani Azərbaycan rəhbəri İlham Əliyev ilə mətbuata birgə bəyanatı zamanı deyib.

"İki prezidentin və iki dövlətin bu gün qəbul etdiyi qərarların icrası üçün ciddi səylər göstərilməlidir. Banklar arasında əməkdaşlıq qarşımızda duran əsas məsələlərdən biridir. İki ölkənin müştərək komissiyası çalışmalıdırlar ki, bu sahədə əməkdaşlıq yaxşılaşsın. Biz iqtisadiyyat, həmçinin maliyyə və pul mübadiləsi sahələrində əlaqələrimizi genişləndirə bilərik. İkinci məsələ yaxşı ticari əlaqələrin qurulmasıdır. Yəni, azad ticarətin bərqərar olması üçün belə qərara gəlindi ki, müştərək komissiya fəaliyyətini gücləndirsin. Bununla da iqtisadiyyat və ticarət sahələrində əlaqələrimizi genişləndirə bilək. Turizm sahəsində yaxşı addımlar atılıb. İndi onun şahidiyik ki, hər iki tərəfdən yüz minlərlə insan bir-birinin ölkələrinə səfər edir. Bu da göstərir ki, bölgədə böyük və tarixi olan iki ölkə arasında yaxın əlaqələr var", - deyə o bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259