BANK

FED rəsmisinin açıqlamaları dolları bahalaşdırıb
27 MART
616

FED rəsmisinin açıqlamaları dolları bahalaşdırıb

2018-03-27 17:22:00

ABŞ iqtisadiyyatındakı artımın sürəti yaxın zamanlarda proqnozları üstələyə bilər və bu da Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini daha sürətlə artırmasına gətirib-çıxara bilər. Fins.az xəbər verir ki, bu barədə "Report" "Bloomberg" agentliyinə istinadən xəbər yayıb. Bunu FED-in Atlanta şəhəri üzrə rəhbəri Rafael Bostic (Raphael Bostic) deyib. 

O, ABŞ Prezidenti Donald Trampın həyata keçirdiyi vergi islahatlarının inflyasiyaya təzyiq yaratmadan istehsal həcmini artıracağını və federal xərclərdəki artımın tələbatı yüksəldəcəyini vurğulayıb. FED rəsmisi 2019-cu ilə bağlı qeyri-müəyyənliklərin olduğunu da bildirib.

Bu açıqlamalardan sonra valyuta birjalarında ABŞ dollarının məzənnəsi artmağa başlayıb. Səhər saatlarında 1,2477-yə qalxan USD/EUR nisbəti tədricən 1,2395-ə düşüb. 

"Report"un analitik qrupu sözügedən nisbətin l ərzində 1,2 - 1,265 diapazonunda dalğalanacağını proqnozlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279