BANK

Yuanın məzənnəsini son 3 ilin maksimal həddinə qədər möhkəmlənib
27 MART
158

Yuanın məzənnəsini son 3 ilin maksimal həddinə qədər möhkəmlənib

2018-03-27 12:08:00

Çin Mərkəzi Bankı (PBOC) ölkənin milli valyutası yuanın rəsmi məzənnəsini 377 bənd möhkəmlədərək ABŞ dollarına nisbətdə 6,2816 CNY-yə çatdırıb. Fins.az xəbər verir ki, "Report" Rusiya mətbuatına istinadən xəbər yayıb ki, bu, yuanın Amerika valyutası qarşısında 2015-ci ilin avqust ayından bəri ən yüksək həddidir. 

Qeyd edək ki, Çində milli valyutasının məzənnəsinin möhkəmlənmə prosesi 2017-ci ilin dekabr ayından etibarən, Pekində keçirilmiş iqtisadi işlər üzrə mərkəzi konfransdan sonra müşahidə olunur. Tədbirdən sonra yuan hər gün bahalaşıb və CNY/USD nisbəti 6,3 səviyyəsində sabitləşib. 

Xatırladaq ki, 2015-ci ildə yuan dollara nisbətən 6%, 2016-cı ildə isə 6,7%, 2017-ci ildə isə 6,28% güclənib. 

"Report"un analitik qrupu bildirir ki, yuanın bahalaşmasına səbəb ABŞ-la Çin arasında ticarət mühariubəsidir. Rəsmi Vaşinqton Çinin ixrac potensialının artaraq qlobal rəqabət qaydalarını pozduğunu nəzərə alaraq həmişə yuanın ucuzlaşmasına qarşı olduğunu bəyan edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+20°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0700
  • ₽ RUB
    0.0273