BANK

Azərbaycanda 15 bank "pul üstünə pul gətirib"
27 MART
583

Azərbaycanda 15 bank "pul üstünə pul gətirib"

2018-03-27 12:01:00

Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 15-nin balans kapitalı nizamnamə kapitalından azdır. Fins.az xəbər verir ki, bu "Renkinq"in apardığı araşdırma nəticəsində məlum olub.

Başqa sözlə, həmin banklar fəaliyyətdə olduqları müddətdə nizamnamə fondlarına qoyulmuş kapitaldan "yeyiblər". Kapitalı ən çox azalmış bank "Azərbaycan Beynəlxalq Bankı" (293,101 milyon manat), kapitalı ən az azalmış bank isə "AFB Bank"dır (3,847 milyon manat).

15 bank isə kapitalını artırmağı bacarıb. Başqa sözlə, həmin banklar fəaliyyətdə olduqları müddətdə "pul üstünə pul gətirib". Bu baxımdan ən yüksək göstərici "Kapital Bank"da (140,094 milyon manat), ən aşağı göstərici isə Pakistan Milli Bankının Bakı filialında (0,793 milyon manat) qeydə alınıb.

Bankın adı

Bankın balans kapitalı ilə nizamnamə kapitalının fərqi

(milyon manatla)

1

Kapital Bank

140,094

2

PAŞA Bank

69,711

3

Xalq Bank

34,760

4

Azərbaycan Sənaye Bankı

30,359

5

Atabank

26,454

6

Bank Silk Vey

19,692

7

Yapı Kredi Bank Azərbaycan

17,238

8

Zıraat Bank Azərbaycan

15,896

9

Bank Avrasiya

8,912

10

Express Bank

7,060

11

Amrah Bank

5,221

12

Naxçıvan Bank

5,047

13

Azər-Türk Bank

4,455

14

Turan Bank

3,967

15

Pakistan Milli Bankı - Bakı

0,793

16

AFB Bank

-3,847

17

İran Milli Bankı - Bakı

-4,326

18

Günay Bank

-4,632

19

NBC Bank

-7,161

20

Bank VTB Azərbaycan

-10,698

21

Bank BTB

-12,479

22

Rabitəbank

-15,111

23

Muğan Bank

-15,983

24

Bank of Baku

-16,283

25

Bank Respublika

-19,762

26

AGBank

-55,026

27

Unibank

-62,264

28

Access Bank

-71,387

29

Nikoyl Bank

-145,034

30

Azərbaycan Beynəlxalq Bankı

-293,101

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255