BANK

Hansı ölkələrin bankları daha təhlükəsizdir? - BANKLARIN KOEFFİSİENT GÖSTƏRİCİLƏRİ
27 MART
297

Hansı ölkələrin bankları daha təhlükəsizdir? - BANKLARIN KOEFFİSİENT GÖSTƏRİCİLƏRİ

2018-03-27 11:40:00

Hazırda dünya banklarının təhlükəsizlik koeffisient 1-7 arasında dəyişir. Koeffisient  bankların kapital göstəricisinə görə formalaşır. Fins.az qərb analitiklərinə istinadən əcnəbi ölkələrin bank sektorunun koeffisientlərini  təqdim edir.  Siyahıda aparıcı 14 ölkənin bank sektoru yer alıb.

Malta 5.9 – Malta yerli banklarının kapital “yastığı” Avropada ən böyüklərindən biridir. Bu ölkənin banklarının ödəniş koeffisient isə digər Avropa banklarını iki dəfəyə yaxın üstələyir.

Tayvan 5.9 – Əslində yerli əhali yerli banklarından narazı olmaqlarına baxmayaraq dünya arenasında bu bankların göstəriciləri heç də pis hesab olunmur. Baxmayaraq ki, bir müddət əvvəl Tayvan Mərkəzi Bankının hesabından 60 milyon dollar oğurlanıb. Amma yenə də bu ölkənin bankları yaxşılardan hesab olunur.

Slovakiya 5.9 – Slovakiya bankları qonşu Avropa ölkələrindən heç də geri qalmır. Yerli əhalinin banklara yatırdığı depozit verilən borcları bağlayır.

Panama 5.9 Panama banklarına kapital tələbi  digər ölkələrdə banklara qoyulan minimal kapital tələbini iki dəfə üstələyir. Dünyada maliyyə böhranı baş verdikdən sonra bu ölkənin bankları çirkli pulların yuyulması kimi repetuasiyasından xilas olmağa çalışır.

İsveçrə 6.0 Bu ölkə bankllar ölkəsi hesab olunduğundan, İsveçrədə banklarda pul saxlmaq ən təhlükəsiz banklardan biri hesab olunur.

Çexiya 6.0 . Bu ölkədə bank sektorunda dominantlığı əcnəbi kreditorlar edir.

Qvatemala 6.0 – 15 milyon əhalisi olan Mərkəzi Amerika ölkəsi Qvatemala 3 ən aparıcı bankın xidmətlərindən istifadə edir. Bunlar Banco Industrial, Banco G&T Continental və Banco de Desarrollo Rural dır.

İsrail 6.0 – İsrail bankları yetərincə sağlam banklar hesab olunur. Baxmayaraq ki, bir müddət əvəl  ölkənin maliyyə requlyatoru kreditorlara xarici əməliyyatları dayandırmağı və yerli filiallarına nəzarəti güxləndirməyi tapşırmışdı.

Lyuksemburq 6.1 – Bu ölkə özünün maliyyə sektoru ilə məşhurdur. Bank  Banque et Caisse d’Épargne de l’État isə dünyanın ən təhlükəsiz bankı hesab olunur.

Norveç 6.3 – Norveçin ölkə iqtisadiyyatı neftdən asılı olduğundan son zamanlar bank sektorunda maliyyə çətinlikləri ilə üzləşib. Lakin bütün bu çətinliklərə baxmayaraq ölkənin investisiya fondu 2017-ci ildə ilk dəfə olaraq 1 trilyon dollar kapitallaşma həddini keçib.

Honkonq 6.3 Honkonqda dünyanın bütün aparıcı banklarının filialları fəaliyyət göstərir.

Sinqapur 6.4 – Sinqapur dünyanın maliyyə mərkəzidir.

Çili 6.4

Avstraliya – Bu ölkədə əcnəbi bankların filialları requlyatorlar tərəfindən ciddi nəzarət altındadırlar.

Yeni Zelandiya – Ölkənin bank sektorunda hegomonluğa 5 bank edir. Rəqabətin olmamasına baxmayaraq bankların inkişafı sürətlə gedir.

 Kanada 6.6 – Kanada bankları artıq uzun müddətdir ki, stabilliyin sinvolu hesab olunur.  Son 100 ildə Kanada bankları cəmi iki dəfə bankrot yaşayıblar. 1930-cı illərdə böyük depresiya vaxtı isə Kanada bankları bu peridou zərərsiz başa vurublar.

Finlandiya 6.6- Finlandiya bankları təhlükəsizlik kapsentinə görə ilk pillədə qərarlaşıb.  Bu ölkənin bank sektorunun iştirakçıları hem vaxt risqə getmirlər. 2016-cı ildə də Finlandiya bankların reytinqin ilk pilləsində qərarlaşıblar.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256