BANK

Azərbaycan Beynəlxalq Bankının törəməsi "Forbes" jurnalının reytinqində yer alıb
22 MART
497

Azərbaycan Beynəlxalq Bankının törəməsi "Forbes" jurnalının reytinqində yer alıb

2018-03-22 23:34:00

"Forbes" jurnalı Rusiyanın ən etibarlı 100 bankının illik reytinqini tərtib edib. Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.  Siyahıda birinci yerdə “Rosbank” qərarlaşıb. İkinci yeri “Yunikredit bank”, üçüncü yeri isə “Rayffayzenbank” tutub.

Bundan əvvəlki reytinqə liderlik edən “Sberbank” dörd pillə geriləyib və hazırki siyahıda dördüncü olub. Siyahıda daha sonra “Citibank”,” Nordea” və VTB gəlir. Qeyd edək ki, “Bank VTB (Azərbaycan)” ASC-nin səhmlərinin 99,9999 %-I Bank VTB (PSC) -yə məxsusdur.

Azərbaycan Beynəlxalq Bankının törəməsi olan “ABB-Moskva” isə bu siyahıda 79-cu yeri tutub.

Qeyd edək ki, bu ay "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) “ABB-Moskva”nın ləğvinə qərar verib. Bankın açıqlamasında bildirilib ki, müəssisənin ləğvetmə proseduru fəaliyyət göstərdiyi ölkənin müvafiq qanunvericilik normaları çərçivəsində həyata keçiriləcək və müştərilər qarşısındakı öhdəliklər yerinə yetiriləcək. 

"Forbes"in əvvəlki reytinq siyahısında yer alan bankların heç birinin lisenziyası ləğv edilməyib, sadəcə bəziləri dövlətin nəzarəti altına keçiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259