BANK

Banklar fiziki şəxsləri buna görə ərizə yazmağa çağırırlar
19 MART
1627

Banklar fiziki şəxsləri buna görə ərizə yazmağa çağırırlar

2018-03-19 14:24:00

Hazırda bir sıra banklarda fiziki şəxslərin bank hesabından biznes kartına pul köçürülməsi zamanı bəzi banklar fiziki şəxslərdən banka gələrək ərizə yazmaqlarını tələb edirlər. Bununla bağlı Fins.az -a açıqlama verən iqtisadçı ekspert Samir Əliyev qanunda bununla bağlı hər hansı bir məhdudiyyət və ya göstərişin olmadığını bildirib. Bu sırf bankların xidmət keyfiyyətinə aid olan bir məsələdir. Xüsusən də indiki dövrdə proseslər çox sürətlə cərəyan edir. Ən azı həm texniki baxımdan həm də təcrübə baxımdan bunu reallaşdırmaq mümkündür. Bu proqramlaşdırılır və pul gələn kimi hesaba pul avtomatik oturur kart hesabına. Bu bankın göstərdiyi xidmətinin keyfiyyətinin aşağı olması ilə bağlıdır. Bununla bağlı hər hansı bir reqlamanet yoxdur - deyə Samir Əliyev bildirib. Samir Əliyevin fikrincə bəzi banklarda internet banking yaxşı inkişaf etməyib. Ona görə də banklar bu addımı atırlar. "Çünki müştərinin banka gəlməməsi bankın özünün xeyrinədir. Çox gümanki bunu edən bankların  kart sisteminin yaxşı işləməməsi ilə əlaqədardır"

PaşaBankın Əməliyyat Monitorinqi üzrə mütəxəssisi Anar Tarverdiyev isə suala bu cür cavab verib. 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı ilə 17.09.2013-cü il tarixində təsdiqlənmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ının müddəalarına əsasən, ödəniş sənədi nağdsız hesablaşmaların aparılması üçün ödəyici və ya vəsait alan tərəfindən kağız və ya elektron daşıyıcılarda verilən sərəncamdır. Təlimatın tələblərinə əsasən bank hesabından digər bank hesabına köçürmələr ödəniş sənədi əsasında həyata keçirilməli və təlimat nağdsız hesablaşmaların - ödəniş tapşırıqları, ödəniş tələbnamə tapşırıqları, inkasso sərəncamları və DSMF, vergi və gömrük orqanlarının sərəncamları kimi 4 növünü müəyyənləşdirir. Müvafiq qaydalarda nağdsız hesablaşmaların aparılmasının digər mühüm şərtləri il yanaşı ödəniş sənədlərinin tərtibatı, qəbulu, icra edilməsi müddətləri və digər mühüm şərtləri də əks edilmişdir ki, banklar nağdsız hesablaşmaların aparılması zamanı müvafiq təlimatın şərtlərinə istinad edirlər.

Hesabdan hesaba köçürmə aparılması üçün hesab sahibi və ya səlahiyyətli şəxs tərəfindən ödəniş tapşırığı təqdim edilməsi şərtdir, lakin hər hansı bir bank ödəniş tapşırığı ilə yanaşı ərizənin hüquqi əsası dəqiqləşdirilməlidir. Ehtimal ki, bu xidmət təqdim edən bankın daxili tələbidir.

Xatırladaq ki, fiziki şəxsləri öz bank hesabından həmin bankda olan kartına pulun köçürülməsi üçün heç də bütün banklar ərizə tələb etmir. Bu qaydalar yalnız bəzi banklarda var. 

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0862
  • ₽ RUB
    0.0278