BANK

"PAŞA Bank"ın Türkiyədəki törəməsinin auditini bu şirkət aparacaq
19 MART
497

"PAŞA Bank"ın Türkiyədəki törəməsinin auditini bu şirkət aparacaq

2018-03-19 11:51:00

"PAŞA Bank"ın Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası A.Ş.” 2018-ci ildə audit hesabatlarının hazırlanması ilə məşğul olacaq şirkəti müəyyənləşdirib. Fins.az banka istinadən məlumat verir ki, “Ernst&Young” beynəlxalq audit şirkəti “PAŞA Yatırım Bankası A.Ş.”nin 2018-ci il üzrə maliyyə göstəricilərinin auditini aparacaq.

Xatırladaq ki, “PAŞA Yatırım Bankası A.Ş.”nin İdarə Heyətinin bu ilin martın 16-da keçirdiyi iclasda audit şirkətinin seçilməsi məsələsi yekdilliklə qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256