BANK

Bankların Novruz kampaniyaları
15 MART
886

Bankların Novruz kampaniyaları

2018-03-15 16:33:00

Milli bayramımız olan Novruz öz xoş əhval-ruhiyyəsi ilə artıq indidən hiss edilməyə başlayıb. Bu bayram sevinc və bərəkətin rəmzidir. Banklarımız da müştərilərini, sevənlərini bu bayram çox intizarda saxlamadan kampaniyalarına start verdi. Fins.az Banco.az-a istinadən bir-birindən maraqlı və sərfəli bayram kampaniyalarını təqdim edir.

Bayramınız mübarək!

Ata Bank

AtaBank Novruz bayramı kampaniyası çərçivəsində Lider təcili pul köçürmə sistemi üzrə komissiyanı endirdi. 30.04.2018-ci il tarixinədək davam edəcək kampaniyada xidmət haqqı üzrə komissiyanın minimum həddi 0.9 %-dək endirildi.

 

Bank Respublika

Bank Novruz bayramı ərəfəsində bayram alış-verişinə hazırlaşan istehlak krediti müştərilərini “Bərəkətli Novruz” kampaniyası ilə sevindirir.

Cari ilin 12 mart – 12 aprel tarixləri arasında keçiriləcək kampaniya çərçivəsində"Bank Respublika"dan nağd kredit götürən müştərilər götürdükləri kreditin məbləğindən asılı olaraq balansında 100 manatadək məbləğdə MC GOLD LİTEdebet kartını HƏDİYYƏ olaraq əldə edə biləcək.

 

Beynəlxalq Bank

Müştərilərin bayram sevincinə sevinc qatan Azərbaycan Beynəlxalq Bankı Novruz bayramı münasibətilə yeni kampaniyaya start verib. Kampaniya çərçivəsində bankdan nağd pul krediti alan əmək haqqı və pensiya kartı sahibləri heç bir komisyon haqq ödəmədən kreditin illik faizində 2% endirim qazanacaqlar.

Bundan başqa, bankın ƏLA elektron şöbəsindəki (Bakı, Nizami küçəsi 67) avtomatlaşdırılmış depozit seyflərindən istifadə zamanı da əmək haqqı və pensiya kartı sahiblərinə seyf bir ay pulsuz icarəyə veriləcək. 

 

Express Bank

Daim maraqlı və sərfəli kampaniyaları ilə seçilən Expressbank bu dəfə 8 mart və Novruz bayramı münasibəti ilə inanılmaz bayram fürsəti – nağd pul kreditinə 8 faiz endirim - illik cəmi 20% ilə kredit təklif edəcək!

1-31 mart tarixləri arası keçiriləcək kampaniya çərçivəsində Siz bankın istənilən filialına yaxınlaşmaqla və ya bankın rəsmi saytından onlayn qaydada sifariş etməklə 15.000 – dək Asan nağd pul kreditindən faydalana bilərsiniz.

 

Kapital Bank

Kapital Bank Novruz Bayramı münasibətilə yeni güzəştli kredit aksiyası təqdim edir. Bankdan  verilən məlumata görə, aksiya çərçivəsində Kapital Bank-dan kredit götürən hər kəsə illik faiz dərəcəsində 4% endirim edilir. 8 000 AZN-dək olan kreditlər isə zaminsiz verilə bilər. Aksiya 31 mart 2018-ci il tarixədək keçirilir.

Turanbank

 

TuranBank Novruz Bayramı münasibətilə biznes kreditlərinə endirim aksiyasına başlayır. Şərtlərə görə 15-30 mart tarixlərində Bankdan biznes krediti əldə etmək istəyən müştərilər heç bir komisyon haqqı ödəmədən kreditin illik faizində 2% endirim qazanacaqlar

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256