BANK

"AccessBank"ın dəstəyi ilə "Keçmişə açılan pəncərə" adlı tədbir keçirilib
15 MART
359

"AccessBank"ın dəstəyi ilə "Keçmişə açılan pəncərə" adlı tədbir keçirilib

2018-03-15 09:53:00

Martın 13-də "AccessBank"ın dəstəyi və "Pəncərə" klubunun təşkilatçılığı ilə "Keçmişə açılan pəncərə" adlı tədbir baş tutub.

Yel çərşənbəsinin qeyd edildiyi günə təsadüf edən tədbir milli adət-ənənələrə həsr olunub. Gecənin aparıcısı Nərgiz Cəlilova tədbiri giriş sözü ilə açaraq bildirib ki, milli adət-ənənələrin qorunması olduqca vacibdir: "Əsrlərin sınağından keçmiş bu dəyərlər gələcək nəsillərə də ötürülməlidir".

Daha sonra çıxış edən "Pəncərə" klubunun rəhbəri, yazıçı-publisist Günel Anarqızı qeyd edib ki, milli ab-havada təşkil olunmuş gecənin əsas məqsədi milli dəyərlərimizin yada salınması və onların qorunmasıdır: "Novruz bayramı bizim sevimli bayramımızdır. Əsrlər boyu xalqımız bu bayramı qeyd edir. Biz öz mədəniyyətimizi, incəsənətimizi, ana dilimizi, bayramlarımızı qoruyuruq, yaşadırıq".

"AccessBank"ın Marketinq/Korporativ bankçılıq departamentinin direktoru Günay Cəlilova isə çıxışında bildirib ki, bank bu cür sosial tədbirlərin dəstəklənməsinə önəm verir.

Departament rəhbərinin sözlərinə görə, milli adət-ənənələrin yaşadılması hər birimizin borcudur: "Belə bir deyim var: əgər hər bir xalqa ən yaxşı adət-ənənələri seçmək üçün imkan verilsəydi, hər bir xalq öz adət-ənənəsini seçərdi. İlk baxışdan olduqca primitiv görünən bu ifadə əslində hər bir xalq üçün öz adət-ənənələrinin necə dəyərli olmasını bir daha göstərir. Adətlər bizim keçmişimizin bir parçasıdır, biz onları yaşadırıq və gələcəyə aparırıq. "AccessBank" olaraq biz Korporativ Sosial Məsuliyyət siyasətimiz çərçivəsində milli adət-ənənələrimizin yaşadılmasına yönəlmiş tədbirə böyük məmnuniyyətlə dəstək veririk".

Ardınca qonaqlar milli adət-ənənələrimizdən söz açıb. Bununla yanaşı, qonaqlara "Dünya bir pəncərədir" adlı videoçarx təqdim olundu. Kamera qarşısına çıxan məşhur incəsənət xadimləri bayatılar səsləndirib.

Təşkilatçılar və qonaqlar tədbirdə iştirak edən və martın 14-də 80 yaşını qeyd edən xalq yazıçısı Anarın yubileyini təbrik etməyi unutmayıblar. Yazıçı Çingiz Abdullayev, xalq artistləri Fəxrəddin Manafov və Mehriban Zəki, o cümlədən digər incəsənət xadimləri və "AccessBank" kollektivi də yubilyarı təbrik ediblər.

Tədbirdə qonaq qismində iştirak edən xalq artistləri Mənsum İbrahimov və Aygün Kazımovanın ifaları da gecəyə əlavə rəng qatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259