BANK

Azərbaycan banklarının Fintec texnologiyasından istifadəsi müzakirə olunub
14 MART
366

Azərbaycan banklarının Fintec texnologiyasından istifadəsi müzakirə olunub

2018-03-14 17:15:00

13 mart 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi ilə BAFT-ın(Bankers Association for Finance and Trade) Prezidenti & İcraçı direktoru Tod Barvel arasında görüş keçirilib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Görüş zamanıFintec texnologiyaları, komplayns məsələləri üzrə birgə əməkdaşlıq imkanları, bu mövzularda birgə konfransların keçirilməsi, BAFT tərəfindən spikerlərin cəlb edilməsi məsələləri müzakirə olunub.

Xatırladaq ki, Amerika Banklar Assosiasiyası (ABA) 1875-ci ildən fəaliyyət göstərir. ABA-ya üzv banklar (əsasən kiçik, regional və böyük banklar) və maliyyə institutları özündə 17 trilyon dollar aktivləri, 9 trilyon dollardan artıq kreditləri və 13 trilyon dollarlıq depozit portfelini və 2 milyon nəfərdən artıq insanı birləşdirir. BAFT ABA-nın törəmə qurumu olub beynəlxalq bankçılıq fəaliyyəti ilə məşğul olan maliyyə institutlarını özündə birləşdirir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267