BANK

Rusiya Bankı ölkədən kapital axınının səbəbini açıqlayıb
14 MART
276

Rusiya Bankı ölkədən kapital axınının səbəbini açıqlayıb

2018-03-14 13:25:00

Rusiyadan kapital axını əvvəlki illərdə olduğu kimi, bankların xarici öhdəliklərini yerinə yetirməsi hesabına deyil, yerli şirkətlərin xaricdə aktivlərinin artması hesabına baş verir. Fins.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Rusiya Bankının (Mərkəzi Bank) açıqlamasında bildirilir. 

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Qurum bəyan edib ki, neftin bahalaşması fonunda şirkətlər əlavə gəlirlərini xaricdə saxlamağa üstünlük verdiklərindən kapital axını dayanır. 

Bu ilin yanvar-fevral aylarında Rusiyadan xalis kapital axını 9,8 mlrd. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Rusiya Bankının proqnozlarına görə, bu il ölkədən xalis kapital axınının məbləği 16 mlrd. dollar, 2019-2020-ci illərdə isə 8-9 mlrd. dollar təşkil edəcək. Baxmayaraq ki, bu ilin ilk 2 ayı ərzində proqnozlaşdırılan kapitalının axınının, təqribən, 61%-i artıq reallaşıb. 

Xatırladaq ki, Rusiya prezidentinin müşaviri Serqey Qlazyev son 30 ildə Rusiyadan 1 trln. dollardan çox vəsaitin xaricə axdığını açıqlayıb. 

Rusiyanın "Renessans Kapital" investisiya şirkətinin baş iqtisadçısı Oleq Kuzmin isə əlavə neft gəlirlərinin ölkə daxilində qalmamasına səbəb kimi vəsaitdən istifadə yerlərinin məhdud olmasını göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267