BANK

Dünya Bankı özəl sektor və ali təhsil müəssisələri arasındakı mövcud əlaqələri tədqiq edir
14 MART
315

Dünya Bankı özəl sektor və ali təhsil müəssisələri arasındakı mövcud əlaqələri tədqiq edir

2018-03-14 09:47:00

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Dünya Bankının təhsil və sahibkarlarla iş  üzrə ekspertləri ilə görüşüb. Görüş zamanı sahibkarlarla  ali təhsil müəssisələri arasındakı  mövcud əlaqələr və onların innovasiya bacarıqlarının artırılması imkanları, özəl sektorla təhsil müəssisələri arasında əlaqələrin günün tələblərinə uyğun qurulması istiqamətində dünya təcrübəsindən faydalanmaq və bu istiqamətdə  gələcək addımlar müzakirə olunub.

Azərbaycan Sahibkarlar Konfederasiyası haqqında  qonaqlara ətraflı məlumat verən Məmməd Musayev Konfederasiyanın  30-dan çox ölkə ilə əməkdaşlıq etdiyini, beynəlxalq əlaqələrimizin, həmçinin yerli təşkilatlarla, o cümlədən ali təhsil müəssisələri ilə sahibkarlar arasında əlaqələrin inkişafı istiqamətində iş apardığını bildirib. Azərbaycan Respublikası  Təhsil Nazlirliyi, AMEA, ölkənin 10-dan çox universiteti ilə ASK-nın əməkdaşlıq müqaviləsi imzaladığını deyən Məmməd Musayev özəl sektorla təhsil arasında əlaqənin gücləndirilməsi istiqamətində görülən işlərdən də söhbət açıb. Məmməd Musayev ölkəmizdə iqtisadi sahədə həyata keçirilən dövlət proqramlarından, sahibkarlar üçün yaradılan əlverişli investisiya mühitindən və bu hədəflərə uyğun olaraq təhsil sahəsində aparılan islahatların özəl sektorun inkişafına müsbət təsirləri barədə missiya üzvlərinə məlumat verib.

Məmməd Musayev qonaqları 15 mart  2018-ci il  tarixində UNEC-də    Novruz mühazirələri çərçivəsində “İqtisadiyyat, biznes  və universitet arasında qarşılıqlı  vəhdət: qlobal çağirışlar  və yeni imkanlar” mövzusunda təşkil ediləcək elmi-praktiki konfransa dəvət edib. Bildirib ki, tədbirdə “Qlobal çağırışlar kontekstində tədqiqat universitetinə keçid: beynəlxalq təcrübənin Azərbaycan Dövlət Iqtisad Universitetində tətbiqi”, “Biznes sektoru ilə universitet arasında əlaqələrin gücləndirilməsi üçün nə etməli?” mövzularında çıxışlar olacaq.

Məmməd Musayev qeyd edib ki, bu tədbir  özəl sektor və ali təhsil müəssisələri arasında əməkdaşlığın bariz nümunəsidir.Bununla yanaşı ölkədə bir çox sahədə yüksək ixtisaslı kadrlara ehtiyac olduğunu deyən ASK-nın prezidenti bu sahədə dünya təcrübəsindən faydalanmağın gələcəkdə müsbət nəticələr verəcəyini də istisna etməyib. Bildirib ki, sahibkarlarla  ali təhsil müəssisələri arasındakı  əlaqələrin daha da qənaətbəxş vəziyyətə çatdırılması istiqamətində  Azərbaycan Sahibkarlar Konfederasiyası Dünya Bankı ilə də əməkdaşlığa hazırdır.

Dünya Banknın  təhsil üzrə nümayəndəsi İqor Xeyfets bildirib ki, ölkəmizə səfərlərinin  əsas məqsədi Azərbaycanda özəl sektor nümayəndələri ilə  ali təhsil müəssisələri arasında əlaqələri araşdırmaq və ölkənin iqtisadi inkişafına töhfə verəcək bu sahənin  gücləndirilməsi imkanlarını müzakirə etməkdir. Bu məqsədlə də ali təhsildə innovasiya, özəl sektorun inkişafı üçün tələb olunan kadrlarla bağlı vəziyyəti  qiymətləndirəcək, aidiyyatı dövlət qurumlarına hesabat  təqdim edəcəklər.

Görüş zamanı qonaqları maraqlandıran suallar cavablandırılıb.Tərəflər arasında qeyd olunan mövzular üzrə Azərbaycandakı gələcək fəaliyyət barədə ətraflı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256