BANK

“PAŞA Bank”dan “Kapital Bank”a transfer gözlənilir
13 MART
708

“PAŞA Bank”dan “Kapital Bank”a transfer gözlənilir

2018-03-13 11:52:00

“PAŞA Bank” ASC-nin Müşahidə Şurasının (MŞ) üzvü, eləcə də Bankın daxil olduğu “PAŞA Holdinq” MMC-nin Risklərin idarə edilməsi Departamentinin direktoru Kəmalə Nuriyeva “Kapital Bank” ASC-nin MŞ-na üzv seçiləcək.  Fins.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı qərarın “Kapital Bank”ın səhmdarlarının sabah keçiriləcək növbəti ümumi yığıncağında qəbul ediləcəyi gözlənilir.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

K.Nuriyeva bank sektorunda işə 1996-cı ildə, vaxtilə mövcud olmuş “Post Bank”da başlayıb, 2007-ci ilə qədər “Bank of Baku” və “Unibank” ASC-lərdə çalışıb. O, 2007-2011-ci illərdə “PAŞA Bank”ın daxili audit meneceri, 2011-2012-ci illərdə Risklərin idarə edilməsi Departamentinin direktoru, 2012-2013-cü illərdə Audit Komitəsinin üzvü və sədri işləyib, 2013-cü ildən sonra isə “PAŞA Holdinq”də hazırda icra etdiyi vəzifəyə təyin olunub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267