BANK

"Fitch" "Paşa Yatırım Bankası"nın reytinqinə yenidən baxıb
13 MART
290

"Fitch" "Paşa Yatırım Bankası"nın reytinqinə yenidən baxıb

2018-03-13 09:36:00

"Fitch" beynəlxalq reytinq agentliyi "Paşa Bank" ASC-nin Türkiyədəki törəməsi "Pasha Yatırım Bankası"nın uzunmüddətli kredit reytiniqini "BBB+", reytinq üzrə proqnozunu isə "stabil" səviyyəsində təsdiq edib. Fins.az "Report" agentliyə istinadən xəbər verir ki, Türkiyə bankının reytinqi, onun səhmlərinin 99,92%-nə nəzarət edən "Paşa Bank"ın ona dəstəyi əsasında müəyyən edilib. 

Xatırladaq ki, "Fitch" Azərbaycan bankının reytinqini "B+", reytinq üzrə proqnozunu isə "stabil" səviyyəsində müəyyən edib. 

Agentlik "Paşa Yatırım Bankası"nın uzunmüddətli defolt reytinqini isə Bankın daxili gücünü nəzərə almaqla "B+" səviyyəsində, həyat qabiliyyətlilik reytinqini isə "b+" səviyyəsində təsdiqləyib. Bankın Türkiyədəki digər emitentlərə qarşı kredit qabiliyyətlilik gücündə isə dəyişiklik olmayıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256