BANK

"Bank Melli İran-Baku"ya məxsus binanın söküntüsü ilə bağlı məhkəmə prosesi bu il yekunlaşacaq
07 MART
236

"Bank Melli İran-Baku"ya məxsus binanın söküntüsü ilə bağlı məhkəmə prosesi bu il yekunlaşacaq

2018-03-07 14:11:00

"Bank Melli İran-Baku"ya məxsus binanın sökülməsi ilə bağlı maliyyə qurumu ilə Bakı Şəhər İcra Hakimiyyəti gedən məhkəmə prosesinin 2018-ci ildə yekunlaşacağı gözlənilir. Fins.az xəbər verir ki, “Report” bu barədə İran bankının Bakı filialının illik audit hesabtına istinadən xəbər verir.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Xatırladaq ki, Bakı meriyasının yeni parkın tikintisinə dair 18 noyabr 2014-cü il tarixli sərəncama əsasən, "Bank Melli İran-Baku"ya məxsus 9 295 964 manat dəyəri olan bina sökülüb. Tərəflər kompensasiya məsələsində razılığa gələ bilmədiyindən işə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır. 

Qeyd edək ki, sözügedən binanı ləğv prosesində olan "Royal Bank" ASC İran bankından götürdüyü depozit qarşılığında girov qoyub. Bakı filialı daşınmaz əmlakı 2013-cü ildə, məhkəmə qərası əsasında müsadirə edib. Müstəqil qiymətləndirici ona 9,4 mln. manat qiymət qoyub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9671
  • ₽ RUB
    0.0267