BANK

"Bank Melli İran-Baku"nun 3 bağlanmış bankda 12 mln. manatdan çox depoziti qalıb
07 MART
219

"Bank Melli İran-Baku"nun 3 bağlanmış bankda 12 mln. manatdan çox depoziti qalıb

2018-03-07 14:06:00

"Bank Melli İran-Baku" 2017-ci ilin yekununda Azərbaycanın bağlanmış banklarında yerləşdirdiyi depozitlərinin məbləğini açıqlayıb. Fins.az məlumat verir ki, bu barədə "Report" İran bankının Bakı filialının auidit hesabatına istinadən xəbər verir. 

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Sənədə əsasən, bu ilin əvvəlinə maliyyə qurumunun faizlərlə birlikdə ləğv prosesində olan "Texnikabank" ASC-də 6 067 778 manat, "Atrabank" ASC-də 2 009 000 manat, "Royal Bank" ASC-də isə 3 999 288 manat, yəni ümumilikdə 12 076 066 manat depoziti olub. 

Bunlardan yalnız "Royal Bank"dakı depozit 4,3 mln. manat məbləğində girovla təmin olunub. 

Ötən il "Bank Melli İran-Baku" heç bir yerli bankda depozit yerləşdirməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272