BANK

Bayramlar ərəfəsində Kapital Bank-ın 280 müştərisi 50 manat qazandı
07 MART
870

Bayramlar ərəfəsində Kapital Bank-ın 280 müştərisi 50 manat qazandı

2018-03-07 10:08:00

Xəbər verdiyimiz kimi, ötən ay Kapital Bank-ın MasterCard və Maestro kart sahibləri lotereyada iştirak edirdilər. 28 fevral 2018-ci il tarixinədək davam edən lotereyada, ümumilikdə 280 müştərinin hər biri 50 AZN məbləğində vəsait qazandı.

Qaliblərin siyahısı saytda dərc olunub – www.kapitalbank.az/news/mastercardlotereya-452?hl=az. Şərtlərə görə ölkə daxilindəki POS terminallar vasitəsilə minimum 20 AZN ödəniş edən müştərilər, avtomatik olaraq lotereya iştirakçısına çevrilirdilər.

Qeyd edək ki, MasterCard kartlarını Kapital Bank filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. Kapital Bank Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0763
  • ₽ RUB
    0.0275