BANK

"Qiymətli kağızlar bazarı vasitəsilə maliyyələşmə üçün geniş imkanlar yaranıb"
06 MART
437

"Qiymətli kağızlar bazarı vasitəsilə maliyyələşmə üçün geniş imkanlar yaranıb"

2018-03-06 12:11:00

"Son illər kapital bazarlarının inkişafı istiqamətində atılmış addımlar qiymətli kağızlar bazarı vasitəsilə maliyyələşmə üzrə geniş imkanlar yaradıb".Fins.az "APA-Economics"in məlumatınaistinadən xəbər verir ki, bunu "Kapital bazarları vasitəsilə maliyyələşməmə, listinq və investisiyalar" adlı konfransda Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Baş icraçı direktoru İbrahim Alışov deyib. Onun sözlərinə görə, ölkədə aparılan dərin iqtisadi islahatların tərkib hissəsi kimi kapital bazarlarının inkişaf etdirilməsi, real sektorun qiymətli kağızlar bazarı vasitəsilə maliyyələşmə təşəbbüslərinin artırılması, sərbəst vəsaitlərin iqtisadiyyatın real sektoruna cəlb edilməsi üzrə zəruri tədbirlər yerinə yetirilib, habelə strateji yol xəritələri ilə yeni çağırışlara uyğun təkmilləşmə istiqamətlərinin müəyyən edilərək icrasına başlanıb. İ.Alışov bu istiqamətdə kapital bazarları vasitəsilə maliyyələşmənin təşviq edilməsi, listinqə çıxış imkanlarının genişləndirilməsi, təksahiblik düşüncə tərzinin dəyişdirilməsi, xarici investorların yerli bazarlara cəlb edilməsi, həmçinin bu sahədə şəffaflığın artırılmasının əhəmiyyətini vurğulayıb.

 

İ. Alışov “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin maliyyə bazarlarının inkişafına dair 2-ci strateji hədəfinin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlər barədə də ətraflı məlumat verib. O qeyd edib ki, bunun nəticələrindən biri kimi iqtisadiyyatın mühüm sektorlarından 5 şirkətin  İPO (Initial Public Offers - ilkin kütləvi təklif) bazarına fond birjasında listinqə çıxarılması hədəflənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256