BANK

Bu bankın səhmləri 1265 manatdır - AZƏRBAYCANDA
06 MART
261

Bu bankın səhmləri 1265 manatdır - AZƏRBAYCANDA

2018-03-06 11:45:00

Azərbaycanda investorların səhmini ala biləcəyi banklardan biri də AFB Bankdır. Fins.az Banka istinadən xəbər verir ki, AFB Bankın  55647 (əlli beş min altı yüz qırx yeddi) ədəd səhmi var. Bankın bir səhminin dəyəri isə 1265 manatdır.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Səhmlərin növü və forması:

Adi, adlı sənədsiz

Səhmlərin dövlət qeydiyyat nömrəsi: 

AZ1005008599

Səhmlərin miqdarı:

55 647 (əlli beş min altı yüz qırx yeddi) ədəd

Səhmlərin nominal dəyəri:

1,265 (bir min iki yüz altmış beş)  manat

Səhmlərin məcmu nominal dəyəri:

70,393,455 (yetmiş milyon üç yüz doxsan üç min dörd yüz əlli beş) manat

Səhm sahibinin bir səhmlə təsbit olunan hüquqları:

 Hər bir səhm sahibinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1.3-cü maddəsində, digər qanunvericilikdə və Cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş aşağıdakı hüquqları vardır:

- Cəmiyyətin idarə edilməsində iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək;

- Qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq;

- Cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək;

- Cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini tələb etmək;

- Cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək;

- Cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək;

- Cəmiyyətin xalis mənfəətindən dividend almaq;

- Cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən,  hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq;

- Mülki Məcəllə və qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.

Müəllif: Xeybər Heydərov 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272