BANK

"Banklara inamı daha da artırmaq lazımdır"
06 MART
187

"Banklara inamı daha da artırmaq lazımdır"

2018-03-06 11:39:00

Maliyyə Bazarlarına Nəzarət Palatası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası "Kapital bazarları vasitəsilə maliyyələşməmə, listinq və investisiyalar" adlı tədbir keçirib. Fins.az xəbər verir ki,"APA-Economics"in məlumatına görə, Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin Sədri Ziyad Səmədzadə bildirib ki, qlobal layihələrdə iştirak edən Azərbaycan iqtisadiyyatına son 15 ildə 230 mlrd. dollar investisiya qoyulub: "Ölkədə makro-iqtisadi sabitlik təmin olmasaydı, heç kim ölkəmizə bu qədər investisiya qoymazdı. Dünyada çox nadir ölkələr var ki, onlar 2050-ci ilə öz inkişaf planını hazırlayıb. Azərbaycan da həmin ölkələrdən biridir. Ölkənin maliyyə siyasəti onun milli maraqlarına cavab verir".

Təmizlik Xidmətinə 50% ENDİRİM!

O bildirib ki, Azərbaycanda güclü sahibkarlar təbəqəsi yaranıb. "Bu sahibkarların əməyi nəticəsində ölkənin ÜDM-nin 80%-i özəl sektorda cəmləşib. Sahibkarlar maliyyə çıxışlarını, resurslarını yaxşılaşdırmaq istəyirlər. Bunu etmək üçün sahibkarlar banklarla, sığorta şirkətləri ilə əlaqələrini genişləndirməlidirlər. Bu əməkdaşlıq hər iki tərəfin maraqlarına cavab verməlidir. Azərbaycanda uzun illər düşünülmüş pul-kredit siyasəti aparılıb. Bu da ölkənin milli maraqlarına cavab verir. Maliyyə bazarlarında bankların fəaliyyətində də canlanma var. Nə edək ki, bizim zərərlər işləyən banklarımız olmasın? Banklara inamı daha da artırmaq lazımdır", - deyə Z.Səmədzadə vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267