BANK

Bu bank nizamnamə kapitalından ən yaxşı istifadə edən bankdır - AZƏRBAYCANDA
06 MART
506

Bu bank nizamnamə kapitalından ən yaxşı istifadə edən bankdır - AZƏRBAYCANDA

2018-03-06 09:36:00

Azərbaycanda fəaliyyət göstərən 30 bank ötən il 883,6 milyon manat xalis mənfəət əldə edib ki, bu da onların bu il yanvarın 1-nə malik olduqları 4 046,718 milyon manat məbləğində nizamnamə kapitalının 21,83%-i qədərdir. Fins.az xəbər verir ki, bu, "Renkinq"in apardığı araşdırma nəticəsində məlum olub.

Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, 2017-ci ili mənfəətlə başa vurmuş 19 bank arasında nizamnamə kapitalından ən yaxşı istifadə edəni "Azərbaycan Beynəlxalq Bankı" (ABB) olub. Bank kapitalının 64,93%-i qədər mənfəət əldə edib. Yeri gəlmişkən, ABB ilkin kapitalının məbləğinə görə də ölkədə liderdir.

Ötən ilin sonuna nizamnamə kapitalının məbləğinə görə Azərbaycanda 5-ci olan "Kapital Bank" isə 51,03%-lik göstərici ilə 2-ci yerdə qərarlaşıb.

3-cü yeri isə 18,26%-lik göstərici ilə "Yapı Kredi Bank Azərbaycan" tutub. Baxmayaraq ki, bu bank yanvarın 1-nə malik olduğu nizamnamə kapitalı ilə ölkədə 28-ci olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256