BANK

Bankların sağlamlaşdırılması üçün 900 mln. manat kapital inyeksiyası həyata keçirilib
05 MART
302

Bankların sağlamlaşdırılması üçün 900 mln. manat kapital inyeksiyası həyata keçirilib

2018-03-05 15:29:00

Azərbaycanda bank sektorunun sağlamlaşdırılması istiqamətində bankların səhmdarları 2017-ci ildə 900 mln. manat məbləğində kapital inyeksiyası təmin edilib. Fins.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda məlumat yer alıb. Açıqlamaya görə, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin restruktizasiyası prosesi tamamlama mərhələsinə çatıb. Bankın 2,4 mlrd. dollarlıq xarici borc öhdəliklərinin restruktizasiyası prosesləri tamamlanıb, habelə 2017-ci ildə 2,7 mlrd. dollar həcmində toksik aktiv “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına ötürülüb.

Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatı Milli Məclisə təqdim olunub. Sənəd parlamentin martın 16-da keçiriləcək plenar iclasında müzakirə ediləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258