BANK

Beynəlxalq Bankdan xanımlara kart hədiyyə
05 MART
821

Beynəlxalq Bankdan xanımlara kart hədiyyə

2018-03-05 10:10:00

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Beynəlxalq Bankı xanımlara xoş bir sürpriz hazırlayıb. 5 mart tarixindən 7 mart tarixinə qədər bankdan plastik kart sifariş edən qadınlar 8 Mart bayramına özəl endirim kampaniyasından faydalanacaqlar.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Belə ki, kampaniya çərçivəsində sifariş etdikləri VISA Classic, VİSA Electron, MasterCard Debit Standard, Mastercard Standard kartları xanım müştərilərə pulsuz veriləcək. VİSA/MasterCard Gold, VİSA/MasterCard Platinum kartlarının qiymətində isə onlara 50% endirim ediləcək. Kampaniya şərtləri istifadə müddəti 1 il olan kartlara aiddir.

Azərbaycan Beynəlxalq Bankı hazırda ən çox sayda beynəlxalq ödəniş sistemi ilə tərəfdaşlıq edən Azərbaycan bankıdır. Çoxsaylı beynəlxalq ödəniş sistemləri ilə gerçəkləşdirdiyi müştərək layihələr sayəsində bank müştərilərinə dünyanın hər bir yerində faydalana biləcəkləri geniş çeşidli kart məhsulları və özəl üstünlüklər təqdim edir. Ölkəmizdə ən böyük ATM şəbəkəsinə malik olan Azərbaycan Beynəlxalq Bankı nağdsız əməliyyatlar sahəsində də liderlərdəndir. Bankın plastik kartlarını bu linkdən onlayn sifariş etmək mümkündür: https://www.ibar.az/az/individual/plastic-cards/

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindənəldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9671
  • ₽ RUB
    0.0267