BANK

Standard
05 MART
238

Standard & Poor's agentliyi Kapital Bank-ın reytinqini artırıb

2018-03-05 09:20:00

Standard & Poor's Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini “neqativ” proqnozdan, “stabil”ə yüksəldib və“BB-/B” səviyyəsində təsdiqləyib. Bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.

Agentliyin mütəxəssisləri öz hesabatlarında, Kapital Bank-ın biznes mövqeyinin möhkəmləndirəcəyini proqnozlaşdırırlar. Hesabatda Kapital Bank-ın ölkə bankları arasında daha dayanıqlı və etibarlı olması da qeyd edilib. Bankdakı struktur dəyişiklikləri sayəsində bank kredit sahəsini və rəqabətə davamlığını artırıb və daha yüksək reytinqlərə iddialıdır. Həmçinin qeyd olunub ki, bankın gecikmiş kreditləri (NPL) 14,7%-dən, 7,2%-ə qədər azalıb. Hazırda ölkənin maliyyə bazarında olan mövcud durumu nəzərə alaraq, bankın reytinqinin artırılması saxlanılması, bizim üçün olduqca əhəmiyyətlidir”, - deyə, Kapital Bank-dan bildiriblər.

Qeyd edək ki, Kapital Bank maliyyə göstəricilərinin artımı və fəaliyyətinin inkişafı 2017-ci ilin uğurlu yekunlarını əks etdirib. Bankın aktivləri 3,2 mlrd. manat, müştərilərə verilən kreditlər 1,8% artaraq 1,2 mlrd. manat, əhali əmanətlərinin həcmi isə 836,9 mln. manat olub. Bankın xalis mənfəəti 94,8 mln. manat, nizamnamə kapitalı 185,9 mln. manat, məcmu kapitalı 299,9 mln. manat təşkil edib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256