BANK

“Bitfinex” “ING Bank”-la əməkdaşlığa başladı
23 FEVRAL
199

“Bitfinex” “ING Bank”-la əməkdaşlığa başladı

2018-02-23 16:24:00

Hollandiyada yerləşən qlobal “ING Bank”-dan çərşənbə axşamı verilən açıqlamada kriptovalyuta platforması “Bitfinex”-in “ING”-də hesabının olduğu təsdiqlənib.

“Bitfinex” ABŞ dollarına satıla bilən rəqəmsal valyuta olan Tether-i idarə edən platformadır. Tether isə Coinmarketcap.com-un məlumatlarına görə, Bitcoin-dən sonra dünyanın ən çox satılan kriptovalyutasıdır. Ötən il San-Fransiskoda yerləşən “Wells Fargo” bankı “Bitfinex”-in müxbir bankı rolunu sona çatdırmışdı. Bundan sonra “Bitfinex” Polşanın “Bank Spoldzielczy” bankına yönəlmişdi. Son olaraq Hollandiyanın “ING” bankıyla işləməyə başladı.

“Bloomberg News” və “Reuters” agentliyinə görə, Hollandiya Parlamenti İşçi Partiyasından Henk Niyboyer “ING”-nin “Bitfinex”-də iştirakı haqqında açıqlama verməsini maliyyə naziri Vopke Hoekstradan tələb edib.

“ING Bank”-ın maliyyə xidmətləri şirkətinin sözçüsü Harold Reusken göndərdiyi elektron poçtla “Bitfinex”-in banklarında hesabının olduğunu təsdiqləyib.

 Bundan əlavə, “ING Bank”-ın sözçüsü Harold Reusken kriptovalyuta şirkətləri tərəfindən aparılan əməliyyatlarda bankın “daha ətraflı araşdırma” apardığını bildirib:

“Kriptovalyuta bazarında aktiv olan şirkətlərlə ehtiyatlı davranırıq. Onların içində ənənəvi bazarda yer alıb, kriptovalyutalarla ödəniş edənləri yodur. Biz kriptovalyutalarla əlaqədar olan şirkətləri uzaqdan izləyirik”.

Dünyanın ən böyük banklarından olan “ING Bank”-da “Bitfinex”-in hesabının olması çox vacibdir. Çünki nəhəng beynəlalq bankın dünyanın ən böyük kriptovalyuta ticarəti platformasından biri olan “Bitfinex” ilə iş birliyinə başlaması bankın kriptovalyuta dünyasına müsbət yanaşmasını və işləməyə meylli olduğunu göstərir.

©Banco

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279