BANK

Rabitəbank ASC nizamnamə kapitalını 101.3 milyon manata çatdırdı!
23 FEVRAL
281

Rabitəbank ASC nizamnamə kapitalını 101.3 milyon manata çatdırdı!

2018-02-23 12:32:00

Rabitəbank ASC 14 fevral tarixində nizamnamə kapitalını 12.8 mln. manat məbləğində artıraraq 101.3 mln manata, məcmu kapitalını isə 104.6 mln. manata  çatdırmışdır. Artım mövcud səhmdarlar hesabına həyata keçirilmişdir.

Fins.az xəbər verir ki, nizamnamə kapitalının artırılmasında əsas məqsəd bankı əlavə kapitalla təmin edərək onun sabitliyini daha da möhkəmləndirmək və strateji layihələrdə iştirakını təmin etməkdir.

Azərbaycanın bank sektorunda aparıcı mövqelərdən birini tutan Rabitəbank -ın  aktivləri 2017-ci il ərzində 31,7% artaraq 727 mln. manat təşkil etmişdir. Hazırda Bank ölkə ərazisində 22 filial və 1 şöbədən ibarət şəbəkəsi ilə Bakı şəhəri və Azərbaycanın 15 regionunda fəaliyyət göstərir.

Xatırladaq ki, 2018-ci il Rabitəbankın fəaliyyətinin 25-ci ilidir. 1993-cü ildə yaradılmış Rabitəbank 25 il ərzində uğurlu inkişaf yolu keçmiş və ölkənin bank sektorunda öz layiqli yerini tutmaqla yanaşı geniş müştəri bazası ilə gələcək inkişafı üçün də etibarlı bünövrə yarada bilmişdir.  Öz fəaliyyətinin 25-ci ilində də Rabitəbank hər zaman olduğu kimi yüksək xidmət və çeşidli bank məhsulları ilə müştərilərinin xidmətindədir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258