BANK

Maliyyə Bazarlarına Nəzarət Palatası bu istiqamətdə fəaliyyəti gücləndirir
22 FEVRAL
766

Maliyyə Bazarlarına Nəzarət Palatası bu istiqamətdə fəaliyyəti gücləndirir

2018-02-22 12:47:00

Maliyyə Bazarlarına Nəzarət Palatası maliyyə inklüzivliyinin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. 

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası maliyyə inklüzivliyinin gücləndirilməsi prioritet hədəfi üzrə vətəndaşların maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirir.

Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılmış İşçi Qrupunun birgə fəaliyyəti nəticəsində “Azər-Türk Bank” ASC təmsil olunduğu 5 saylı Bakı “ASAN xidmət” mərkəzində və “Qəbələ ASAN” xidmət mərkəzində ödəniş kartları ilə Hökumət Ödəniş Portalı (HÖP) üzərindən təqdim olunan xidmətlər üzrə nağdsız ödənişlərin aparılması üçün POS-terminallar quraşdıraraq vətəndaşların istifadəsinə təqdim edib. Bu POS-terminallar vasitəsilə kütləvi xidmətlərin və büdcə ödənişlərinin nağdsız formada ödənilməsi mümkündür.

Birgə aparılacaq islahatlar əsasında digər “ASAN xidmət” mərkəzlərində də nağdsız ödəniş şəbəkəsi genişləndiriləcəkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253