BANK

“Yapı Kredi Bank (Azərbaycan)” depozit təminatlı kreditlərin fazini endirdi
20 FEVRAL
414

“Yapı Kredi Bank (Azərbaycan)” depozit təminatlı kreditlərin fazini endirdi

2018-02-20 16:48:00

“Yapı Kredi Bank (Azərbaycan)” QSC həm yerli, həm də, xarici valyuta depozit qarşlıqılı kreditləri üçün təklif etdiyi faiz dərəcəsini endirib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Fins.az Banker.az-a istinadən xəbər verir ki, bank 7%-ə yaxın endirim edib. Bu da AMB-nin son qərarından sonra ilk belə addım atan bankdır.

Məlumata görə, manatla olan kreditlər üçün faiz dərəcəsini 6% ucuzlaşdıraraq 14%-də qərarlaşdırıb.

Bundan əlavə xarici valyuta – həm dollar, həm də avro ilə depozit qarşılıqlı kreditlərin də faizini 3.75% endirərək 12.50% həddində saxlayıb.

Valyuta depoziti qarşılıqlı manat krediti üçün isə faiz dərəcəsini daha kəskin endirib. Belə ki, “Yapı Kredi Bank (Azərbaycan)” 20 fevral tarixinə qədər, məsələm, illik 19% təklif edirdisə, hazırda 6.75% endirərək 12.25% səviyyəsində son hədd müəyyən olunub.

Xatırladaq ki, AMB-nin son iclasında (12.02.2018) faiz dərəcəsinin 2% azaldılaraq aşağı həddi 8%, yuxarı həddi 16% müəyyən olunub. Bundan əlavə, uçot faiz dərəcəsi 13% həddində müəyyən olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267