BANK

Avropa Bankı TAP-ın maliyyəsini artıracaq
20 FEVRAL
368

Avropa Bankı TAP-ın maliyyəsini artıracaq

2018-02-20 15:26:00

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsini maliyyələşdirmək üçün 1,2 milyard avro məbləğində kredit ayırır.

Fins.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə  Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz, Moldova və Belarus üzrə regional direktoru Bruno Balvanera deyib: 

“500 milyon avroya qədər kredit birbaşa, 700 milyon avro kredit isə sindikatlaşdırılmış şəkildə ayrılacaq. Kredit xəttinin açılması ilə bağlı son qərar 2018-ci ilin ortasında veriləcək”. 

Qeyd edək ki, TAP Cənub Qaz Dəhlizinin bir hissəsidir. 4,5 milyon dollara başa gələcək olan boru kəmərinin 2020-ci ildə istismara veriləcəyi gözlənilir.

Boru kəməri Azərbaycanın “Şahdəniz 2” yatağından çıxarılan qazı Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçən tranzit yolla İtaliyanın cənubuna daşıyacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256