BANK

Bağlanan 4 bankın əmanətləri ilə bağlı aparılan auditin nəticələr MM-ə göndərilib
20 FEVRAL
240

Bağlanan 4 bankın əmanətləri ilə bağlı aparılan auditin nəticələr MM-ə göndərilib

2018-02-20 11:06:00

Ləğv prosesində olan “Gəncəbank”, “Parabank”, “Bank Technique” və “RoyalBank”ın əmanətçilərinə kompensasiya ödənişləri üzrə Əmanətlərin Sığortalanması Fondunda aparılmış audit tədbirlərinin nəticələri müzakirə edilib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az xəbər verir ki, Hesablama Palatasının Kollegiya iclasında həyata keçirilmiş nəzarət tədbirləri üzrə Hesabatlar müzakirəsində bu baş tutub.

Bura həmçinin “Azərsu” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinə dair audit tədbirləri də daxil edilib.

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınmışdır.

Kollegiyada, həmçinin, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilmiş, Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı proqramlar təsdiq olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267