BANK

Ölkədə ÜDM yanvar ayı ərzində artdı, adambaşına 618,5 manat düşür
19 FEVRAL
240

Ölkədə ÜDM yanvar ayı ərzində artdı, adambaşına 618,5 manat düşür

2018-02-19 12:35:00

2018-ci ilin yanvar ayında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2% artıb. Fins.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. ÜDM artaraq 6 milyard 50 milyon manata yaxın olub.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

ÜDM istehsalının 48,4%-i sənayenin, 9,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin, 6,0%-i tikintinin, 6,5%-i nəqliyyat və anbar təsərrüfatı, 2,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5%-ii turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə sahələrinin, 15,8%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7%-i təşkil etmişdir.

İqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,9 faiz artmış, neft bölməsində isə 0,5 faiz azalmışdır.

Əhalinin hər nəfərinə düşən ÜDM 618,5 manata bərabər olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9794
  • ₽ RUB
    0.0271