BANK

"Fitch" "Paşa Yatırım Bankası"nın reytinqini təsdiqləyib
13 FEVRAL
184

"Fitch" "Paşa Yatırım Bankası"nın reytinqini təsdiqləyib

2018-02-13 09:31:00

"Fitch" beynəlxalq reytinq agentliyi "Pasha Yatırım Bankası A.Ş."nin milli valyutada uzunmüddətli reytinqini "BBB+", reytinq üzrə proqnozunu isə "stabil" səviyyəsində təsdiqləyib. Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə agentliyin internet səhifəsində məlumat verilib.

Xatırladaq ki, "PAŞA Yatırım Bankası" "Paşa Bank" ASC-nin Türkiyənin "Aksoy Holding"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Hazırda Azərbaycan tərəfi səhmlərin 99,92%-nə nəzarət edir.

"Fitch" Türkiyə bankı ilə bağlı qərarını onun əsas səhmdarından aldığı dəstəklə izah edib. Qeyd edək ki, agentlik "Paşa Bank"ın uzunmüddətli defolt reytinqini "B" səviyyəsində təsdiq edib. Onun reytinq üzrə proqnozu da "Stabil"dir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277