BANK

AMB depozit hərracında 200 mln. manat cəlb edib
12 FEVRAL
229

AMB depozit hərracında 200 mln. manat cəlb edib

2018-02-12 15:02:00

Azərbaycan Mərkəzi Bankı bu gün vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib. Fins.az AMB-na istinadən xəbər verir ki, hərracda 200 mln. manat cəlb edilib. Tələb isə bundan 4,24 dəfə çox - 848,2 mln. manat olub.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258