BANK

Bu bankın nizamnamə kapitalı 101 milyon manatdan çox olacaq
09 FEVRAL
610

Bu bankın nizamnamə kapitalı 101 milyon manatdan çox olacaq

2018-02-09 17:00:00

"Rabitəbank" ASC nizamnamə kapitalını təxminən 12,5 mln. manat artıracaq. Bunu "Rabitəbank"ın Müşahidə Şurasının sədri Zakir Nuriyev bildirib. Fins.az APA-ya istinadən xəbər verir ki, onun sözlərinə görə, nizamnamə kapitalı səhmdarların hesabına artırılacaq. Z.Nuriyev bildirib ki, hazırda bankın nizamnamə kapitalı 88,5 mln. manat təşkil edir. "Artımdan sonra bankın nizamnamə kapitalı 101 milyon manatdan çox olacaq", - deyə Z.Nuriyev vurğulayıb.

"Rabitəbank"ın rəhbəri əlavə edib ki, bank 2018-2019-ci illərdə rebrendiqə gedəcək.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0069
  • ₽ RUB
    0.0273