BANK

Mərkəzi Banka milyardlarla vəsait köçürülüb
08 FEVRAL
286

Mərkəzi Banka milyardlarla vəsait köçürülüb

2018-02-08 10:29:00

2017-ci il ərzində Dövlət Neft Fondu tərəfindən makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə 3 milyard 949,5 milyon manat Azərbaycan Respublikasının Mərkəzi Bankına köçürülüb. Fins.az xəbər verir ki,bu barədə Neft Fondunun açıqladığı məlumatda qeyd olunur. 

2017-ci ilin 9 ayı ərzində makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə Dövlət Neft Fondu 2 milyard 448,3 milyon manat Azərbaycan Respublikasının Mərkəzi Bankına transfer edib. Beləliklə, ötən ilin oktyabr-dekabr dövründə Mərkəzi Banka 1 milyard 501,2 milyon manat trasfer edilib.

Xatırladaq ki,Dövlət Neft Fondunun 2017-ci il büdcəsində 7 milyard 500 milyon manat Mərkəzi Bankına transfer edilməsi nəzərdə tutulmuşdu.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276