BANK

"DəmirBank" bu qədər kompensasiya ödəyib
08 FEVRAL
432

"DəmirBank" bu qədər kompensasiya ödəyib

2018-02-08 09:27:00

Əmanətlərin sığortalanması fondu ləğv prosesində olan "DəmirBank"ASC-də qorunan əmanətlər üzrə 27 milyonmanatdan artıq kompensasiya ödəyib. Fins.az xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondu 1 fevral 2018-ci il tarixindən etibarən ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi prosesinə başlayıb.

Azərbaycan Respublikasının iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatları nəzərə alaraq, ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödənilir. Bu addım ödəniş prosesinin şəffaf keçirilməsinin bariz nümunəsidir və qorunan əmanətçilər tərəfindən rəğbətlə qarşılanır. Kompensasiyaların ödənilməsi “KapitalBank” ASC-nin 26 filialında aparılır.

Eləcədə Bax: Azər Türk Bank və digər 2 bankın qeyri-faiz gəlirləri azalaraq bu qədər olub

7 fevral tarixi də daxil olmaqla, indiyədəkəmanətçilərə 27 milyon manatdan artıq kompensasiya ödənilib.

Kompensasiyanın ödənilməsi prosesi müfəvvəqiyyətlə davam etdirilir və qorunan əmanətçilər kompensasiyaların ödənilməsi üçün 1 (bir) il müddətində müraciət edə bilərlər.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255