BANK

Banklarımızın kapitalı riskli aktivlərinə qarşı adekvatdırmı?
07 FEVRAL
369

Banklarımızın kapitalı riskli aktivlərinə qarşı adekvatdırmı?

2018-02-07 17:09:00

Kapital adekvatlığı əmsalı bankın məcmu kapitalının riskli aktivlərə nisbətindən ibarətdir. Bu, bankın risk ölçülü aktivlərə qarşı kapital dayanıqlılığını göstərir.

KAƏ (kapital adekvatlığı əmsalı) göstəricisinin aşağı olması bankın riskli aktivlərinin çox, kapital dayanıqlığının isə az olmasını göstərir. Fins.az Banker.az-a istinadən xəbər verir ki, Mərkəzi Bankın kommersiya banklarına qoyduğu tələbdə kapital adekvatlığı əmsalı 12%-dən az olmamalı idi. Lakin, "Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə BƏYANATI"nda kəmiyyət xarakterli requlyativ tələblər yüngülləşdirilmiş, məcmu kapitalın adekvatlıq əmsalı 10%-ə, I dərəcəli kapitalın adekvatlıq əmsalı 5%-ə endirilmişdir. 

Qeyd edək ki, məcmu kapital adekvatlığı əmsalının 10%-dən aşağı olması bankın müflisləşmə ehtimalını artırır.

Banco.az olaraq 2017-ci ilin sonu üzrə göstəricilərinə əsasən bankların kapital I dərəcəli və məcmu adekvatlığı əmsalını müəyyən etdik və cədvəl şəklinə gətirdik.

Məcmu kapitalın adekvatlığı üzrə bankların sıralaması: 

(Qeyd edək ki, məcmu kapitalın adekvatlıq əmsalı bankın tutulmalardan sonra I və II dərəcəli kapitalının cəminin risk ölçülü aktivlərinə qarşı dayanıqlığını göstərir və qanunla minimum 10% olması tələb olunur).

Bank

Məcmu kapitalın adekvatlıq əmsalı

Bank Avrasiya

61,51%

VTB Bank Azərbaycan

57,71%

Gunay Bank

39,05%

Expressbank

39%

Rabitəbank

29,7%

NBC Bank

29,66%

Bank BTB

28,53%

Azər Türk Bank

27,76%

Ziraat Bankı

27,67%

Nikoil Bank

25,59%

Atabank

20,88%

Yapı Kredi Bank Azərbaycan

20,5%

Amrahbank

20,1%

Turanbank

19,1%

ASB Bank

17,25%

Beynəlxalq Bank

17,18%

Kapital Bank

16,61%

Muğanbank

15,52%

Paşa Bank

15,2%

Xalq Bank

14,35%

Bank Silk Way

13,24%

Unibank

13,06%

Bank Respublika

8,26%

AGBank

8,15%

Bank of Baku

7,31%

AccessBank

6,38%

 

I dərəcəli kapital adekvatlığı üzrə bankların sıralaması: 

(Qeyd edək ki, I dərəcəli kapitalın adekvatlıq əmsalı bankın tutulmalardan sonra I dərəcəli kapitalının risk ölçülü aktivlərə qarşı dayanıqlığını göstərir və qanunla minimum 5% olması tələb olunur).

Bank

I dərəcəli kapitalın adekvatlıq əmsalı

Bank Avrasiya

53,53%

VTB Bank Azərbaycan

38,16%

Expressbank

36%

Gunay Bank

35,44%

Bank BTB

27,29%

NBC Bank

27,2%

Azər Türk Bank

26,46%

Ziraat Bankı

25,11%

Beynəlxalq Bank

20,83%

Rabitəbank

20,5%

Paşa Bank

19,9%

Atabank

19,8%

Nikoil Bank

17,44%

ASB Bank

16,33%

Yapı Kredi Bank Azərbaycan

16,3%

Turanbank

14,7%

Muğanbank

14,3%

Amrahbank

13,48%

Xalq Bank

12,13%

Bank Silk Way

11,77%

Kapital Bank

9,81%

Unibank

7,7%

AGBank

6,63%

Bank Respublika

5,47%

Bank of Baku

3,8%

AccessBank

3,39%

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276