BANK

RabitəBank nizamnamə kapitalını artırır?
07 FEVRAL
464

RabitəBank nizamnamə kapitalını artırır?

2018-02-07 12:44:00

“Rabitə Bank” nizamnamə kapitalını 20 milyon manat və yaxud 22,6% artıraraq 108,5 milyon manata çatdıracaq. Fins.az Report-a istinadən xəbər verir ki,bu barədə Bankdakı mənbə bildirib.

Onun sözlərinə görə, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 20,29 manat olan 985 708 ədəd yeni səhm buraxılacaq. Qiymətli kağızlar qapalı üsulla “Bakı Fond Birjası”nda yerləşdiriləcək. Onları “Rabitə Bank”ın mövcud səhmdarlarının alacağı və yaxud Banka yeni səhmdar cəlb ediləcəyi hələ ki, məlum deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259