BANK

4 min qadın sahibkara bu qədər kredit verilib
06 FEVRAL
391

4 min qadın sahibkara bu qədər kredit verilib

2018-02-06 17:45:00

2002-2016-ci illər ərzində  3787  qadın sahibkara  65,9  mln. manat güzəştli kredit verilib. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib. Fins.az APA-ya istinadən xəbər verir ki, 2002-2016-ci illər ərzində qadın sahibkarlara verilmiş güzəştli kreditlər hesabına 5671 yeni iş yeri yaradılıb.

"2017-ci ilin əvvəlində qadın sahibkarların sayı artaraq 143 090 nəfər təşkil edir. Bu gün  aktual məsələlərdən biri də, kənd və rayonlarda yaşayan qadınların iştirakçılığının artırılmasıdır. Azərbaycanda “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi çərçivəsində 971 qadın təlim keçib, 48 qadın isə sahibkarlıq fəaliyyətinə başlayıb. 2017-ci ildə regionlarda 5 Qadın Resurs Mərkəzi yaradılıb. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi ailə münasibətlərinə də təsir edir.  Ailə büdcəsinə öz töhfəsini verməklə yanaşı, qadının  özünə inam hissi artır, ailədə iqtisadi cəhət asılı olmur, eyni zamanda özlərinin iqtisadi və ictimai həyatda  bərabər iştirakını təmin etmiş olurlar", - deyə H.Hüseynova vurğulayıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258