BANK

Azərbaycanda 19 bankın faiz gəlirləri azalıb
06 FEVRAL
242

Azərbaycanda 19 bankın faiz gəlirləri azalıb

2018-02-06 17:04:00

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 11-nin ötənilki faiz gəlirləri əvvəlki ilə nisbətən çox olub. Fins.az Report-a istinadən xəbər verir ki, bunlar Pakistan Milli Bankının Bakı filialı, "Zıraat Bank Azərbaycan", "PAŞA Bank", "AFB Bank", "Azərbaycan Sənaye Bankı", "Kapital Bank", "Günay Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Bank Silk Vey", "Yapı Kredi Bank Azərbaycan" və "Bank Avrasiya"dır.  

Adı çəkilən banklar arasında ən yüksək dinamika Pakistan Milli Bankının Bakı filialında (49,9%), ən aşağı dinamika isə "Bank Avrasiya"da (4,2%) qeydə alınıb.

Qalan 19 bankın isə faiz gəlirləri azalıb. Ən çox azalma "Bank VTB Azərbaycan"da (74,9%) müşahidə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1060
  • ₽ RUB
    0.0301