BANK

“Bank Standard”ın kreditorları ilə görüş keçiriləcək
06 FEVRAL
163

“Bank Standard”ın kreditorları ilə görüş keçiriləcək

2018-02-06 16:55:00

Fevralın 28-də, saat 15:00-da ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası keçiriləcək. Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə Komitənin sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.

Onun sözlərinə görə, iclas Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanındakı inzibati binasında olacaq. İclasda Fondun icraçı direktorunun müavini Vüqar Abdullayev də iştirak edəcək. “Bank Standard”ın ləğv edilməsi ilə bağlı baş verən qanun pozuntuları, habelə Bankın müflis olmasında təqsirli şəxslərə qarşı məhkəmədə iddia qaldırılması və digər mühüm məsələlər müzakirə ediləcək.

Bu, V.Abdullayevin “Bank Standard”ın kreditorları ilə sayca 2-ci görüşü olacaq. ADIF-in icraçı direktorunun müavini bundan əvvəl ötən il noyabrın 21-də kreditorlarla görüşmüşdür. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0865
  • ₽ RUB
    0.0300