BANK

Kreditlərin ödənişi bu tarixdən başlanacaq - "GƏNCƏBANK"
06 FEVRAL
396

Kreditlərin ödənişi bu tarixdən başlanacaq - "GƏNCƏBANK"

2018-02-06 09:38:00

Ləğv prosesində olan "GəncəBank"ASC-nin kreditorlarının nəzərinə Fins.az xəbər verir ki,Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Gəncəbank"  ASC-nin bütün kreditorlarının diqqətinə çatdırır ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi12 fevral 2018-ci il tarixdən etibarən başlanacaq.

Eləcə də bax: “Nikoil Bank” nizamnamə kapitalını artıracaq?

Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək. Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı ləğv prosesində olan “Gəncəbank” ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə müraçiət etsinlər və bank rekvizitlərini qeyd etsinlər.

Müəllif: Xeybər Heydərov 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255