BANK

2018-2020-ci illərdə bank sektorunda risklər - I HİSSƏ
28 YANVAR
861

2018-2020-ci illərdə bank sektorunda risklər - I HİSSƏ

2018-01-28 01:25:00

2014-2017-ci illərdə maliyyə və real sektorlarda baş verən hadisələrin öncədən hesablanması çətin,bəzən də mümkün olmayan çox təhlükəli bir amili yenidən üzə çıxartdı. Əslində bu amil 2007-2008-ci illərdə ABŞ-da baş verən maliyyə böhranında özünü çox bariz bir şəkildə göstərmişdi. Böhranın ən pik vaxtında, 2008-ci ilin oktyabrnda Beynəlxalq Valyuta  Fondunun hesablamalarına görə,ipoteka ilə bağlı  qiymətli kağızlardan maliyyə institutlarının itkisi 500 milyard dollar ətrafında idi. Bu böyük rəqəm kimi görünə bilər, lakin qlobal maliyyə sistemində bank sektorunun aktivlərinin 80 trilyondan çox olduğunu nəzərə alsaq,bu məbləğ çox kiçikdir və bütün sistemi çökdürməyə kifayət etməzdi. Lakin aktivləri 650 milyard dollar ətrafında olan Lehman Brothers kimi nəhəng investisiya bankı batdı. Dövlətin müdaxilə və yardımları olmasaydı bu kimi hallar çox olacaqdı. Bu zaman ortaya bir çox suallar çıxır. 500 milyardın böyük bir  qlobal sistemə belə təhlükə yaratmağın sirri nə idi? Nə üçün 2000-ci illərin əvvəlində ABŞ fond birjalarında yüksək texnologiyalarla bağlı şirkətlərin  səhmlərinin çöküşü zamanı  dəyən 5 trilyon dollar (ipoteka ilə bağlı qiymətli kağızların vurduğu zərərdən 10 dəfə çox) məbləğində zərər nəinki qlobal böhran yaratmadı,hətta 2007-2008-ci il böhranı ilə müqayisədə ABŞ iqtisadiyyatına dəfələrlə az ziyan vurdu? Bu sualın bir cavabı var. Bu, böhranlar zamanı ortaya çıxdıqda çox təhlükəli olan, zərərin multiplikatoru rolunu oynayan, böhranları daha dərin və əhatəli edən, zərərləri bir neçə qat artıran yoluxuculuq amilinin olmasıdır. Məhz 2007-2008-ci illər böhranı güclü domino effekti yaratdı. Bir-birləri ilə çox sıx əlaqədə “bir domino məsafəsi”ndə olan maliyyə instututlarına müxtəlif risklər yarandı:Banklar arasında pul likvidilliyinin düşməsi, qısamüddətli öhdəliklərin bağlanmasına mənfi təsir edərək likvidlik riski yaratdı,likvidilliyi həll etmək üçün banklar aktivlərini dəyər-dəyməzinə satmağa,maliyyə bazarlarında digər alətlərin qiyməti çökməyə başladı, ipotekaların kütləvi satışı isə daşınmaz əmlak bazarını çökdürməyə başladı. Bir sözlə maliyyə sektroundakı böhran real sektora sıçradı. Bu böhranı sürətləndirən ən əsas məsələlərdən biri bankların öz likvidilliklərini qorumaq üçün aktivlərini satmağa başlamaları oldu. Banklar nə üçün buna məcbur oldular? Çünki,ABŞ banklarında kapital adekvatlığı ortalama 2% idi. Bu o deməkdir ki,əgər bir bankın aktivləri 1% dəyər itirirsə, hamin bank öz kapitalının 50%-ni, 2% dəyər itirirsə kapitalınımn 100%-ni itirir. Aktivlərin 2%-dən çox itkisi isə defolt riski yaradır. Digər bir hesablama göstərir ki, əgər ABŞ banklarının kapital adekvatlığı 20% ətrafında olsaydı, bu böhran baş verməyəcəkdi,böhranın cüzi təsirləri olacaqdı və ABŞ yarana biləcək bu mənfi təsirləri hiss olunmadan da aradan qaldırmaq iqtidarında olacaqdı. Məhz bu səbəbdən hazırda AR Maliyyə Bazarlarına Nəzarət Palatasının və hökumətin əsas prioritet məqsədlərindən biri banklarda kapitalın artırılması, kapital dayanıqlığının təmin olunmasıdır. Bu məsələdə, müzakirə predemeti, bundan sonrakı mərhələdə buna hansı yollarla daha effektiv şəkildə və sistem üçün risk yaratmadan nail olmaqdır.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267