BANK

Rusiya rezervlərini bu ölkədə saxlayır
13 YANVAR
1609

Rusiya rezervlərini bu ölkədə saxlayır

2018-01-13 21:13:00

Rusiyada Mərkəzi Bank hökumət idarəsinə aid deyil. Bu isə deməkdir ki, ABŞ-ın Rusiyaya tətbiq edəcəyi sanksiyalar Rusiya Mərkəzi Bankına təsir etməməlidirlər. Lakin bir müddət öncə ABŞ-da saxlanılan Qazaxıstan Milli Fondu dondurulmuşdu. Bu isə o deməkdir ki, Rusiya da istisna olmaya bilər. Fins.az qərb mediasına istinadən xəbər verir ki, ekspertlər hesab edir ki, Rusiya ABŞ-a pul qoyulmasından imtina edə bilməz. Əks halda ölkənin investreytinqi aşağı düşə bilər.  Hazırda Rusiya Bankı  pul aktivlərinin 3/1 ABŞ-da saxlayır.

Ötən ilin 31 iyun tarixində Rusiyanın Mərkəzi Bankı 218,7 milyard dollar və ya 417,8 milyard dollarlıq Rusiya bankının xarici valyutada aktivlərinin həcminin 52.4% qədərini  xarici emitentlərdə  əcnəbi valyuta və qızılda yatırım edib.  Bu barədə Rusiya Mərkəzi Bankının  hesabatında deyilir.

Rusiya Mərkəzi Bankı  əcnəbi ölkələrin qiymətli kağızları ilə yanaşı qızılda da yatırıma xüsusi diqqət yetirib. 2016-cı ilin iyun ayının sonuna  qızıl aktivlərinin sayı 15.4% və ya 67.3 milyard dollar təşkil edib.

2016-cı ilin iyunundan 2017-ci ilin iyununa kimi Rusiya Mərkəzi Bankı 8.8 milyard dollar həcmində qızıl alıb. Lakin ekspertlər hesab edir ki, qızılın alınması fikri elə də uğurlu alınmayıb. Belə ki, 2016-cı ilin iyunundan 2017-ci ilin iyununa kimi qızıl 3.7% dəyər itirib.

Əgər  aktivlərin coğrafi strukturuna nəzər salsaq görərik ki, Rusiya Bankı aktivlərin 27.2%-ni ABŞ-da,12.5%-ni Fraqnsada , 10%-ni Almaniyada yatırım edib. Hazırda Rusiya  Mərkəzi Bankının aktivlərinin əksər hissəsi dollarda saxlanılır.

2017-ci ilin əvvəlində Avropa Mərkəzi Bankının pul kredit siyasətini yumşaltması ,Rusiyanın isə pul-kredit siyasətini sərtləşdirməsi ABŞ dolları və avrodakı aktivlər arasında faiz dərəcələrinin fərqliliyinin artmasına gətirib çıxardı. Bu zaman Rusiya Bankı avroda olan xarici aktivlərini dolların xeyrinə dəyişmək qararına gəlib.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277