BANK

“İpoteka və Kredit Zəmanət Fondu” mənfəətini 2 dəfə artırıb
12 YANVAR
155

“İpoteka və Kredit Zəmanət Fondu” mənfəətini 2 dəfə artırıb

2018-01-12 15:20:00

2017-ci ildə İpoteka və Kredit Zəmanət Fondu (“Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin hüquqi varisi) aktivlərini təxminən 40% artıraraq 958,2 mln. manata, illik bölüşdürülməmiş mənfəətini isə 2,1 dəfə artıraraq 15 mln. manata çatdırıb.

Bu barədə Fondun açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, ötən il ipoteka kreditləşməsi ilə bağlı müvəkkil banklara ümumi məbləği 859,7 mln. manat təşkil edən 12 702 müraciət daxil olub, 203,1 mln. manat məbləğində 3 109 kredit verilib. Bunun 1 076 ədədi (70,6 mln. manatı) güzəştli ipoteka kreditlərinin payına düşüb. Verilmiş kreditlərin 2 860 ədədi (184,2 mln. manatı) təkrar maliyyələşdirilib.

Ümumilikdə, 2006-2017-cı illərdə Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 944,3 mln. manata, bu kreditlər hesabına öz yaşayış şəratini yaxşılaşdırmış ailələrin sayı isə 21 300-ə yaxın olub. Bu kreditlərin 278,7 mln. manatdan çox hissəsini (6 238 ədədini) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş kreditlər təşkil edib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301