BANK

Bankın zərəri azalıb
11 YANVAR
321

Bankın zərəri azalıb

2018-01-11 17:44:00

“Nikoil Bank” ASC 2017-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. 2017-ci  ildə bankın faiz gəlirləri 66 milyon 682 min manat, qeyri-faiz gəlirləri 3 milyon 66 min manat olmaqla, cəmi gəlirləri 69 milyon 748 min manat təşkil edib. Fin.az xəbər verir ki, bank, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 31 milyon 198 min manat ayırdığından bank 2017-ci  ili 2 milyon 708 min manat zərər ilə bitirib.“Nikoil Bank”-ın faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bankın 28 milyon 503 min manat əməliyyat mənfəəti olub. 

Xatırladaq ki, adı çəkilən bank 2016-cı ili 148 milyon 538 min manat zərər ilə başa vurub. 

Hazırda “Nikoil Bank”-ın məcmu kapitalı 95 milyon 597 min manat təşkil edir.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9978
  • ₽ RUB
    0.0273