BANK

Bank Ombudsmanı Avropa İttifaqının ekspetləri ilə görüşüb
11 YANVAR
343

Bank Ombudsmanı Avropa İttifaqının ekspetləri ilə görüşüb

2018-01-11 16:06:00

Bank Ombudsmanı İkram Kərimov Katibliyin inzibati ofisində Avropa İttifaqının ölkəmizdə mediasiya üzrə pilot layihəsinin həyata keçirilməsi üçün  ekspertlər - Avropa İttifaqının nümayəndəsi cənab Rimantas Simaitis, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Aparat rəhbəri cənab Fərhad Nəsəfov və Avropa İttifaqınınAzərbaycan üzrə Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin mütəxəssisi xanım Məryəm Hacı-İsmayılova ilə görüşüb.

Fins.az xəbər verir ki, görüşün əsas məqsədi Azərbaycanda yenicə yaradılmış Bank Ombudsmanı və görülmüş işlər haqqında məlumat almaq və mediasiya sahəsində digər aidiyyatı qurumlar kimi Bank Ombudsmanının fəaliyyətinin rolu barədə fikir mübadiləsi aparmaq olub.

İ.Kərimov  öncə qonaqlara Bank Ombudsmanının yaranma zərurəti, görülmüş işlər, müraciətlərin statistikası, tərəfdaş banklar, qarşıya çıxan problemlər və onların həlli yolları, qurumun beynəlxalq əlaqələri haqqında məlumat vermiş və gələcəkdə görülməli olan işlərdən danışıb.

O, müasir dövrdə banklar ilə  müştərilər arasında yaranan fikir ayrılıqlarının məhkəmədən getmədən həllinin böyük əhəmiyyət kəsdiyini vurğulayıb, az təminatlı ailələrin qarşılaşdıqları bu problemlərin həllinə nail olmasının vacibliyini xüsusilə qeyd edib. Bu sahədə olan beynəlxalq təcrübənin, eləcədə bu il qəbul olunması planlşdırılan Maliyyə Ombudsmanı haqqında Qanun layihəsi ətrafında aparılan müzakirələrin önəmli olduğunu qonaqların nəzərinə çatdırıb.

Avropa İttifaqının nümayəndəsi cənab Rimantas Simaitis də, öz növbəsində Azərbaycanda belə bir institutun yaranmasının mühüm bir addım olduğunu bildirmiş, bu sahədə görülən işləri yüksək qiymətləndiriblər.

O qeyd edib ki, mediasiya sahəsində Ehtiyacların Qiymətləndirilməsi Hesabatını hazırlamaq üçün fakt araşdırıcı missiya, məlumatlandırmanın artılması üçün seminarların keçirilməsi, əsas iştirakçı tərəflərlə işçi qrup müzakirələri, təlim səfəri və ölkədə mediasiyanın inkişaf etdirilməsi üçün Yol xəritəsinin hazırlanmasıda bu layihəyə daxildir. Bu sahədə də Bank Ombudsmanının fəaliyyətinin əhəmiyyəti böyükdür.

Sonda Bank Ombudsmanı ilə Avropa İttifaqı və dövlət orqanları ilə bu sahədə əməkdaşlığın daha yüksək səviyyədə davam etdirilməsi və İşçi Qrupunun işinə dəstək veriləcəyi haqqında razılıq əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254