BANK

Ekspert: Banklarda məsul şəxslərə qarşı tələblər sərtləşməlidir
09 YANVAR
421

Ekspert: Banklarda məsul şəxslərə qarşı tələblər sərtləşməlidir

2018-01-09 16:04:00

Bankların özündə də islahatların aparılmasına ehtiyac var. Bu sözləri Fins.az-a bankların sağlamlaşdırılması ilə bağlı açıqlama verən iqtisadçı ekspert Vüqar Bayramov deyib. Ekspertin fikrincə bankların bir qismində idarə etmə hələ də formalaşmayıb. Banklarda məsul vəzifəli şəxslərlə bağlı onların statusu ilə bağlı qanunvericiliklə tələblərə yenidən baxılmalı və həmin şərtlərin olduqca sərtləşdirilməsi vacibdir. Bankın müflis elan edilməsi bankın məsul şəxslərini hər hansı bir məsuliyyətdən azad etməməlidir. Bank idarəçiləri ilə bağlı konkret ölçülən meyarların olmaması da bankların cəlb etdiyi vəsaitin bir sıra hallarda sui-istifadə edilməsinin qarşısını alır deyə Vüqar Bayramov bildirib.

Ekspertin fikrincə banklarda hesabatlılıq hələ də zəifdir. Hesabatların internet səhifələrdə yerləşdirilməsi olduqca gecikir. Bu da banklarda şəffaflıq məsələsini bir daha gündəmə gətirir.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251